phone *5775
İnteraktiv xəritə floor-plan
Enjoy shopping in a historic space

Enjoy shopping by combining

the history of the place

Azərbaycanın memarlıq abidəsi – “Şərq Bazarı”

“Şərq Bazarı” öz tarixini 1980-ci illlərin əvvəlindən götürür. Məhz bu dövrdə layihənin müəllifi - irsi memar və ziyalı Uruzmaq Revazov memar P.Yarinovski və konstruktor A.Bessonovun dəstəyi ilə Bakı memarlıq şedevrləri səmasında modernizmin yeni ulduzunu alovlandırdı.
Kompleksin təşkili qapalı şərq bazarlarının ənənəvi prinsiplərinə, daxili həyət ideyasına, səciyyəvi şərq günbəzlərinə və ornamentlərinə əsaslanırdı və özündə çox sayda ticarət köşkləri, mağazalar və iaşə obyektlərini birləşdirirdi.
“Şərq Bazarı” qısa müddət ərzində paytaxt sakinləri və qonaqları üçün sevimli məkana və şəhərin simvollarından birinə çevrilmiş, ölkənin tarixi abidələri siyahısına daxil edilmiş və Azərbaycan tarixində ilk olaraq Ağa Xan Beynəlxalq Memarlıq Mükafatına namizəd olmuşdur. 
2018-ci ildə ticarət kompleksinin tarixində yeni səhifə açıldı. Məhz həmin il binanın rekonstruksiyasına start verildi və layihəyə ölkəmizin istedadlı memarları və nüfuzlu tikinti şirkətləri cəlb edildi. Bu zaman memarlar qarşısında duran çətin vəzifə kompleksin orijinallığını qoruyub saxlamaqla yanaşı, onu müasir infrastrukturla təchiz etməkdən ibarət idi. Məqsəd memarlığı, ənənəvi dekorativ-tətbiqi sənəti, bədii sənətkarlığı və şərq mətbəxini sevənlər üçün bir məkan yaratmaqdan ibarət idi. 
Beləliklə, “Şərq Bazarı” ərazisində ənənəvi misgərlik, dulusçuluq və xalçaçılıq üzrə sənətkarlıq emalatxanaları, zərgərlik passajı və saysız-hesabsız tekstil, zövq oxşayan delikateslər, ekzotik meyvələr və ətir köşkləri yerləşmişdir. Bütün bu şərq əzəməti öz rəngarəngliyi və özünəməxsusluğu ilə sizi heyran edəcək. 
Bura hər bir qurmanın öz zövqünə uyğun təamlar dada biləcəyi, təəssürat axtarışında olanların rəngarəng tamaşaların seyrçisinə çevriləcəyi, turistlərin isə unudulmaz xatirələr toplayaraq, qucaqdolu suvenirlərlə yola düşəcəyi bir məkandır.

FOOd COURT

Discount campaign
will soon
start
Discount

In those days, the market was the most visited place by tourists. Everything here was built in the Eastern style. Against the backdrop of colorful carpets and silk fabrics, those shopping in the market would feel like they were in a moment of "1001 Nights" tales. Until the end of the 1990s, the Eastern Market was the most visited place by animal lovers, as well as maintaining basic rules. So, every Sunday, various animals and birds were brought here from different parts of Baku and sold.

MƏRTƏBƏ XƏRİTƏ