phone *5775
İnteraktiv xəritə floor-plan
Mağazalar

ABAD

Mağazalar

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurum Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir. "ABAD" mərkəzləri tərəfindən prioritet olaraq dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. Dəstək proqramına biznes-planlaşdırma, konsaltinq, avadanlıqla təchizedilmə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım və satışın təşkili kimi xidmətlər göstərir. Şərq Bazarında yerləşən “ABAD” etno-butikində həmçinin “ABAD”çıların əl əməyinin nəticəsi olan dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələrinin daimi sərgi-satışı və “ABAD”ın dəstək göstərdiyi ailə təsərrüfatlarının qida brendlərinin satışı həyata keçirilir.
  • 2-ci mərtəbə
Oxşar İcarədarlar